İcma: Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsidir
Son dövrlər bir sıra Qərb dairələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toyvo Klaar tarixin zibil yeşiyinə göndərilmiş separatçı meyilləri yenidən dirçəltməyə çalışan ünsürlərlə təmaslarını aktivləşdiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.
Qeyd edilib ki, yayılmış məlumatlara görə, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu yaxınlarda Toyvo Klaar və bəzi digər Qərb dairələri ilə görüşlər keçirib:
"Xatırladaq ki, Oskanyan uydurma “dağlıq qarabağ respublikasının” mövcud olmayan “parlamenti” tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət üçün yaradılmış hansısa “komissiyaya” sədrlik edir. Qərb dairələrinin Oskanyan kimiləri ilə təmasları siyasi riyakarlığın bariz nümunəsi olmaqla, Azərbaycan əleyhinə yeni gərginlik mənbəyi yaratmağa xidmət edir.
Necə olur ki, Toyvo Klaar Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmayan Qərbi Azərbaycan İcması ilə təmaslardan qaçır, amma Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü açıq-aşkar təhdid edən, Xocalı qatili, irqçi Robert Koçaryanın xarici işlər naziri olmuş, reallıqdan tamamən uzaq düşmüş, populist Vardan Oskanyan ilə görüşür?
Toyvo Klaar kimilərinin biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danması, bu hüququn yalnız ermənilərə aid olmasını iddia etməsi gecə-gündüz “demokratiya”dan, “insan hüquqları”ndan danışanların əslində məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmasını sübut edir".
Bəyanatda bildirilib ki, militarist gündəliyə malik uydurma “qurumlar”ın, Vardan Oskanyan ağılda olanların başçılıq etdiyi hansısa “komissiya”nın Ermənistan ərazisində rahat fəaliyyət göstərməsi, sürətlə silahlanan bu ölkənin Azərbaycanla sülhdə maraqlı olmadığını və revanşizm mövqeyindən çıxış etdiyini göstərir
"Ermənistan sözdə sülhdən danışıb, reallıqda isə Okampo və Oskanyan kimi ünsürlərlə işləyib vəziyyəti gərginləşdirən xəttindən əl çəkməlidir", - deyə məlumatda qeyd olunub.
BAKU.WSOxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Putinin Bakıya səfəri: Nə Qərb, nə Rusiya - Azərbaycan üçün əsas öz maraqlarıdır - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib













