Türkiyəli deputat: Bir yandan Azərbaycanın yaratdığının, digər tərəfdən ermənilərin dağıtdıqlarının şahidi oluruq
Far.Az xəbər saytı

Türkiyəli deputat: Bir yandan Azərbaycanın yaratdığının, digər tərəfdən ermənilərin dağıtdıqlarının şahidi oluruq


Füzulidə iki mənzərəni eyni anda görürük. Bir yanda Azərbaycanın qurub yaratdığını müşahidə edirik, digər tərəfdə isə erməni vəhşiliyinin şahidi oluruq.

Bu fikirləri Beynəlxalq Parlament Konfransı iştirakçılarının bu gün Qarabağa baş tutan səfəri zamanı Türkiyədən gələn Milliyyətçi Hərəkat Partiyasının qrup başqan vəkili, deputat Filiz Kılıç “Far.Az”a açıqlamasında bildirib.

“Durduğumuz yerdən iki ayrı mənzərəni görürük. Bu mənzərəni görəndə çox kədərlənirəm. Sol tərəfində Füzuli şəhərinin köhnə qalıqlarını görürəm və içim, həqiqətən, çox kədərli hisslərlə dolur. Bu görüntüyə məyus olmamaq əldə deyil. Ermənilərin törətdikləri zülmü görürəm burada. Öldürülən günahsız insanları, dağıtdıqları yaşayış evlərini görürük. Sağ tərəfimizdə də Azərbaycan dövlətinin böyük əmək sərf edərək qurub yaratdığı, daha modern və müasir Füzulini görürəm. Sağ tərəfinə baxdıqca görülən işlərdən nə qədər qüruru duyuruqsa, sol tərəfimizdə gördüyümüz mənzərəni böyük ürəkağrısı ilə izləyirik”, – deputat deyib.

F.Kılıç bundan əvvəl də Qarabağda olduğunu və xoş təəssüratla ayrıldığını da ifadə edib:

“Mən bundan öncə TÜRKPA heyəti ilə Şuşa və Xankəndidə də oldum. Bu şəhərlərimizdə möhtəşəmliyini gördük. Şuşada bir gecə qaldıq, burada gördüklərimiz adamı valeh edirdi. Əsasda burada olan insanlara görüşdük. Öz yurduna köçən insanların sevincinin şahidi olduq, onların göz yaşlarına şərik olduq. Xankəndi və Şuşada səsvermədə iştirak edən şəxslərin qürur və sevinc hissinin şahidi olduq”.

Xanım Kılıç Azərbaycan dövləti Qarabağın tezliklə bərpa olunması və əhalinin öz yurdlarına köçmələrini tam təmin edəcəyinə əminliyini də vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər