Xüsusi nümayəndə: Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq
Bu il azad olunmuş ərazilərə köç prosesinin pik mərhələsi olacaq.
"Far.Az" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı Şən və Hazırcavablar Klubunun (ŞHK) prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanovun anım mərasimində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə bərpa-quruculuq işləri tam sürətlə davam edir:
"Təkcə Ağdam rayonuna 20 minə yaxın əhali köçürüləcək. Eyni zamanda, Xocavənd və Füzuli rayonlarına da ümumilikdə 15 minə yaxın insanın qayıdışını təmin etməyə planlaşdırırıq".
E. Hüseynov qeyd edib ki, 30 mindən çox keçmiş məcburi köçkün artıq işğaldan azad edilmiş ərazilərə köçüb:
"70 mindən çox adam orada həm yaşayır, işləyir, həm də təhsil alır. Eyni zamanda bu köç prosesi daim davam edir. Bugün 92 ailə Ağdam şəhərinə köçür və bu il ərzində, proses davam edəcək".
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













