Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verdi
Bakıda xala tiktoker olan bacısı qızını məhkəməyə verib.
Far.Az Pravda.az-a istinadən xəbər verir ki, vətəndaş B.B. bacısı qızı - "TikTok" sosial şəbəkəsində "AYDAW" ləqəbi ilə tanınan A.Nəzərli ilə bağlı xüsusi ittiham qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Şikayətçi B.B. tərəfindən A.Nəzərlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə təqdim edilib.
Müraciətdə göstərilir ki, barəsində şikayət olunan şəxs - A.Nəzərli sosial şəbəkələrdə yayımladığı çıxışlarla onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb, şərəf və ləyaqətini ləkələyib.
Şikayətçi bildirir ki, yayımlanan çıxışlarda onun maddi imkanları, ailə münasibətləri və şəxsi həyatı ilə bağlı böhtan xarakterli fikirlər səsləndirilib, eyni zamanda nalayiq ifadələr işlədilərək açıq formada təhqir edilib. Bu məlumatların geniş auditoriyaya çatdırıldığı və çoxsaylı şəxslər tərəfindən izlənildiyi qeyd olunur.
Ərizədə xüsusi olaraq vurğulanır ki, sosial şəbəkə üzərindən yayılan bu çıxışlar nəticəsində şikayətçi ciddi mənəvi sarsıntı keçirib, səhhətində problemlər yaranıb və dəfələrlə tibbi yardım almağa məcbur olub. Qeyd olunur ki, 2026-cı ilin yanvar ayında bir neçə dəfə təcili tibbi yardım xidmətinə müraciət edilib, eləcə də müxtəlif tibbi müayinələrdən keçərək müalicə alıb.
B.B. həmçinin qeyd edir ki, yayılan ifadələr cəmiyyətdəki nüfuzuna mənfi təsir göstərib, qohumları və tanışları arasında onun haqqında mənfi rəy formalaşdırıb. Şikayətçinin sözlərinə görə, həmin paylaşımlar qeyri-müəyyən və geniş şəxslər dairəsinə çataraq ictimai mühitdə rezonans doğurub.
Məhkəmənin hazırlıq iclasında şikayətçinin nümayəndəsi ərizənin məzmununu təsdiqləyərək onun icraata qəbul edilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş edib.
Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.
Oxşar xəbərlər
Ali Məhkəmə "Tiktok"da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Publik şəxslər artıq işgüzar nüfuzu məhkəmə qaydasında müdafiə edə biləcək
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi













