“Azerspace-1” sığortaçı seçir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması üçün açıq tender elan edib.
“Far.Az” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 10-u, saat 16:00-a qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.
Təkliflərə yanvarın 10-u, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Qeyd edək ki, bu il dəyəri 66,5 milyon ABŞ dollar, 2023-cü ildə isə dəyəri 80 milyon ABŞ dolları olan “Azərkosmos” peykinin sığortalanması üçün “Paşa Sığorta" ASC cəlb edilmişdi. Bu xidmətə görə sığorta şirkətinə müvafiq olaraq 1 milyon 436,5 min manat və 946,5 min manat ödənilib.
Xatırladaq ki, "Azerspace-1” peyki 2013-cü ildə yerətrafı orbitə buraxılıb. “Azerspace -1”in istismar müddəti 17 ildir.
“Azerspace-1” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.
Oxşar xəbərlər
"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
İpoteka və Kredit Zəmanət Fondu daha 1 sığortaçı seçir
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sığortaçı seçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda qayıdış hüququna həsr edilən beynəlxalq elmi konfrans keçirilir
-
"Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar" - Qərbi Azərbaycan Xronikası
-
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
-
Dünya üç yerə bölünəcək? - Məşhur "The Economist" nəşrindən 2026-cı il üçün PROQNOZLAR
-
Misirdə ŞOK HADİSƏ: Qadın doqquz uşaq gözlədiyini öyrənib
-
Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib













