Bitkoinin qiyməti 70 min dollardan aşağı düşdü
Far.Az xəbər saytı

Bitkoinin qiyməti 70 min dollardan aşağı düşdü


Bitkoinin (BTC) qiyməti dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance"də 70 min dollar həddindən aşağı enib.

Far.Az xəbər verir ki, birjanın məlumatlarına görə, Bakı vaxtı ilə səhər saatlarında Bitcoinin qiyməti əvvəlcə 70 097 dollara, daha sonra isə 69 911 dollara qədər geriləyib.

Hazırda Bitkoinin qiyməti 74 133,57 dollar, bazar kapitallaşması isə 1,5 trilyon dollar təşkil edir. Son 24 saat ərzində kriptovalyutanın ticarət həcmi 25,3 milyard dollar olub.

Son sutka ərzində BTC-nin qiyməti 2,1 faiz ucuzlaşıb.

Oxşar xəbərlər

BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Neft qiymətlərinin yüksəlməsi kriptovalyuta bazarına necə təsir göstərir? – ARAŞDIRMA
Kriptovalyuta bazarında dalğalanma böhrandan xəbər verir?
Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər