Pərviz Şahbazov Energetika Nazirliyində vətəndaşları qəbul edib
Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.
“Far.Az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbulda Bakı, Sumqayıt şəhərləri, Xızı və Saatlı rayonlarından olan vətəndaşların elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, enerji verilişində yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, təbii qaz təchizatı, bərpa olunan enerji ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı və internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Pərviz Şahbazov Xaçmazda vətəndaşları qəbul edib
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Energetika naziri Tərtərdə vətəndaşları qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
-
Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - YENİLƏNİB
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb














