Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir?
Far.Az xəbər saytı

Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir?


Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) Novxanı qəsəbəsində yerləşən bağ evində axtarışda olan şəxsin gizlədildiyi müəyyənləşib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, axtarışda olan şəxsin bilə-bilə həmin evdə gizlədildiyi məlum olub. Bəs axtarışda olan şəxsi bilərəkdən gizlədən şəxsi hansı cəza gözləyir?

Qeyd edək ki, Cinayət Məcəlləsinin 307-ci maddəsi cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmədən bəhs edir.

Həmin məcəllənin 307.1-ci maddəsinə görə ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məcəllənin 307.2-ci maddəsinə görə qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Həmçinin, 307.3-cü maddədə isə qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.

Oxşar xəbərlər

"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
Həbsə alternativ cəzaların tətbiqi – cəmiyyət və dövlət üçün faydaları - Araşdırma
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər