Fərid Qayıbov Estoniyaya səfər edib
Far.Az xəbər saytı

Fərid Qayıbov Estoniyaya səfər edib


Gənclər və idman naziri Fərid Qayıbov İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Büro İclasında iştirak etmək məqsədilə Estoniyanın paytaxtı Tallinə səfər edib.

"Report" xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov Estoniyanın mədəniyyət naziri xanım Heydi Purqa ilə ikitərəfli görüş keçirib.

Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Estoniyada idman sahəsində dövlət siyasətini Mədəniyyət Nazirliyi həyata keçirir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov Hindistanda beynəlxalq konfransın açılışında iştirak edib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər