Gəncədə "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu" keçirilib - Yenilənib
Gəncədə "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun keçirilib.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib ki, "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş forumda 400 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir. Bu forumu bir çox vacib məsələlərin müzakirəsi üçün mühüm platforma adlandıran A. Əliyeva qeyd edib ki, bu gün ideoloji risklər fiziki təhlükələr qədər ciddi çağırışa çevrilib:
"Dezinformasiya, informasiya manipulyasiyaları və rəqəmsal mühitdə yaranan yeni təhdidlərə qarşı mübarizə müasir vətəndaş cəmiyyətinin əsas çağırışlarıdır. Sosial media QHT-lərə fəaliyyətlərinin şəffaflığını göstərmək, ictimai etimadı artırmaq, dövlət orqanları, cəmiyyət və tərəfdaşlarla daha sıx kommunikasiya qurmaq imkanı verir".
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə aparılan işlər barədə ətraflı məlumat verib, QHT-lərin cəmiyyət həyatındakı roluna diqqət çəkib, forumun işinə uğurlar arzulayıb.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, hər bir QHT ixtisaslaşdığı sahə üzrə hədəf auditoriyası ilə işləmək üçün uğurlu sosial media fəaliyyəti göstərməli, bunu ən vacib ölçüləbilən nəticəsinə çevirməyi bacarmalıdır:
"Bu gün qarşımızda duran əsas vəzifə QHT sektorunda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə, formal fəaliyyətdən real fəaliyyətə keçidi təmin etməkdir. QHT-lərin sahələr üzrə ixtisaslaşmasına dair qanunvericilikdə müvafiq dəyişikliklərin aparılmasına ehtiyac vardır".
Milli Məclisin deputatı, QHT Agentliyinin Müşahidə Şurasının üzvü Rizvan Nəbiyev QHT-lərin ictimai diplomatiya fəaliyyətinə diqqət çəkib, son illər bu sahədə uğurların sistemli xarakter almasını təqdir edib. O, Azərbaycanın artıq regionda orta güc kimi çıxış etdiyini bildirib, Mərkəzi Asiya regionu üzrə QHT-lərlə əlaqələri gücləndirməyə çağırıb.
Gəncə şəhərində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işinə başlayıb.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, tədbirdə vətəndaş cəmiyyətinin 400-dən çox təmsilçisi iştirak edir.
"Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş forum çərçivəsində "QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları", "Azərbaycan QHT-ləri milli maraqların keşiyində", "WUF13 irsi QHT təşəbbüslərində" adlı panel müzakirələri təşkil ediləcək.
Yekunda ölkə QHT-lərinin Prezident İlham Əliyevə müraciəti qəbul olunacaq.
Forum geniş bədii proqramla öz işini başa vuracaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













