XİN başçısının müavini: Təhsilin beynəlmiləlləşməsi ilə keyfiyyətin və beynəlxalq rəqabətə davamlılığın artırılması mümkundür
Azərbaycanda təhsilin inkişafı, təhsil sisteminin təkmilləşdirilməsi və beynəlxalq rəqabətə davamlılığının artırılması üçün beynəlmiləlləşməsi statusu önəmlidir.
"Far.Az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu sahədə ali təhsil müəssisələrinin üzərinə ciddi məsuliyyət və iş düşür:
"Dövlətin təhsil, o cümlədən ali təhsil sahəsinə ayırdığı diqqət və imkanların düzgün reallaşdırılması və təqdim edilməsi ali təhsil müəssisələrinin başlıca vəzifələrindən biridir. Ölkənin inkişafı və gələcəyi üçün zəruri insan kapitalının formalaşdırılması prosesində xüsusi rola sahib olan ali təhsil müəssisələrindən beynəlmiləlləşməsi vasitəsilə keyfiyyət gözləntiləri böyükdür".
Y.Rəfiyev bildirib ki, təhsilin beynəlmiləlləşməsi vasitəsilə keyfiyyətin və beynəlxalq rəqabətə davamlılığın artırılması mümkundür:
"İqtisadi tərəfi ilə yanaşı, məsələ həm də keyfiyyətli və standartlara uyğun yerli kadrların hazırlanması üçün kifayət qədər əhəmiyyətlidir. Xarici İşlər və Elm və Təhsil nazirliklərinin icra etdiyi müxtəlif proqramlar çərçivəsində beş il ərzində 80-dən artıq ölkədən çox sayda tələbə Azərbaycanın ali təhsil müəssisələrində oxumaq imkanı qazanıb. Bu təqaüd proqramları təhsilin beynəlmiləlləşməsi və dünyada tanıdılmasına əhəmiyyətli töhfələr verib".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Yalçın Rəfiyev: “Avropa iqlim maliyyəsi sazişinə nail olmağın vacibliyini başa düşür”
UNESCO-nun xoşməramlı səfiri: “Turizmdə davamlılığın inkişafı üçün ciddi addımlar atılmalıdır”
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













