Masallıda fərdi yaşayış evində partlayış baş verib, xəsarət alan var
Far.Az xəbər saytı

Masallıda fərdi yaşayış evində partlayış baş verib, xəsarət alan var


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Güllütəpə kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

"Far.Az" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 324kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Qubada evdə yanğınla nəticələnən partlayış olub, xəsarət alan var - YENİLƏNİB-2
Qubada yaşayış evindəki partlayışın təfərrüatları məlum olub - YENİLƏNİB
Azərbaycanda evdə partlayış - VİDEO
Şəmkirdə evdə partlayış olub - VİDEO
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər