Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
Far.Az xəbər saytı

Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub


Raul Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Komanda baş məşqçinin rəhbərliyi altında ilk oyununa şənbə günü "Karlos Tartiere" stadionunda "Jirona"ya qarşı çıxacaq.

R.Qonsales 15 ildən çox "Real"ın şərəfini qoruyub. O, daha sonra "Şalke" (Almaniya), "Əl-Sədd" (Səudiyyə Ərəbistanı) və "Nyu-York Kosmos" (ABŞ) klublarında çıxış edərək 2015-ci ildə karyerasını başa vurub.

İspaniyalı mütəxəssis məşqçilik fəaliyyətinə 2018-ci ildə "Real"ın akademiyasında başlayıb, 2020-ci ildə U-19 komandası ilə UEFA Gənclər Liqasının qalibi olub və son altı mövsümdə "Kastilya"ya (İspaniya) başçılıq edib.

Qeyd edək ki, komanda İspaniya Sequndasında 13 turdan sonra 9-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər