Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib
Far.Az xəbər saytı

Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib


Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.

"Far.Az"un Şimal-qərb bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Filiyev ailəli idi, 10 aylıq oğlu var.

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15-i Balakən rayon sakini olub, onlardan 10-u qəza zamanı həyatını itirib.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycanın dövlət rəsmiləri Aktauda aviaqəzada yaralananlarla görüşüb - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər