ADA Universiteti və "Bank of Baku"nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşıb
Far.Az xəbər saytı

ADA Universiteti və "Bank of Baku"nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşıb


ADA Universiteti və "Bank of Baku" ASC-nin uğurlu tərəfdaşlığı davam etdirilir.

Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA" Proqramının II mərhələsi də yekunlaşıb.

ADA Universitetində keçirilən Məzun Gününə "Bank of Baku"nun və universitetin rəhbər heyəti, ekspert heyəti, eləcə də proqram iştirakçıları qatılıblar.

Qeyd edək ki, bank sektorunda ilk dəfə "Bank of Baku" üçün təşkil edilən proqram 6 ay boyunca davam edib və 80 saatlıq proqramda "Bank of Baku"nun 25 rəhbər əməkdaşı təhsil alıb. ADA Universiteti tərəfindən xüsusi olaraq hazırlanmış "Mini-MBA" proqramı Maliyyə İdarəetməsi, Marketinq və Biznes analitikası da daxil olmaqla bank sektorunun əsas sahələrini əhatə edib. Əsas məqsəd rəhbər şəxslərin menecment bacarıqlarını daha da inkişaf etdirmək, strateji düşünmə və qərar qəbul etmə, eləcə də liderlik, ünsiyyət və problem həll etmə bacarıqlarını gücləndirməkdir.

Tədbirin açılışında çıxış edən ADA Universitetinin prorektoru Elkin Nurməmmədov nəzəriyyə və praktikanı tarazlı şəkildə birləşdirən proqram çərçivəsində iştirakçılara həm Universitet müəllimlərinin, həm də biznes dünyasının təcrübəli ekspertlərinin öz biliklərini ötürdüyünü vurğulayıb. Təlim prosesinin interaktiv mühitdə qurulduğunu və iştirakçıların fəal müzakirələrə qatıldığını xüsusi diqqətə çatdırıb. O, həmçinin ADA Universiteti ilə "Bank of Baku" arasında formalaşmış səmərəli əməkdaşlığın qarşıdakı dövrdə də uğurla davam edəcəyinə inandığını bildirib.

Tədbirdə çıxış edən "Bank of Baku"nun İdarə Heyətinin sədri Həsən Quliyev ADA Universiteti ilə həyata keçirilən bu proqramın səmərəsini yüksək qiymətləndirərək qeyd edib ki, hər bir şirkətin uğurunun təməlində peşəkar və daima inkişaf edən insan kapitalı da dayanır. ADA Universiteti ilə birgə həyata keçirilən proqramı bu baxımdan strateji sərmayə kimi dəyərləndirə bilərik. Burada qazanılan bilik və təcrübələrin gələcəkdə qazanacağımız uğurlara öz töhfəsini verəcəyinə inanırıq.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər