"Milan"ın baş məşqçisi istefa verib, komanda digər portuqaliyalı mütəxəssisə tapşırılıb
Far.Az xəbər saytı

"Milan"ın baş məşqçisi istefa verib, komanda digər portuqaliyalı mütəxəssisə tapşırılıb


İtaliyanın "Milan" klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.

"Far.Az"un "Football Italia" nəşrinə istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis bu barədə "Roma" ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra açıqlamasında bildirib.

P. Fonseka Milan təmsilçisini tərk etdiyini söyləyib: "Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim".

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.

Qeyd edək ki, komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan "Milan"da işləyir.

Oxşar xəbərlər

"Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"i məğlub edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Premyer Liqanın XVIII turunda "Zirə" "Səbail"i məğlub edib
"İnter" A Seriyasında qələbə qazanıb
Qərbi Azərbaycan Xronikası: “Ermənistan tarixini XVIII əsrdə mxitaristlər uydurublar”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər