Münhendə yaşayan azərbaycanəsilli yəhudilər Zəfər və Dövlət Bayrağı günlərini qeyd ediblər
Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanəsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçiriblər.
"Far.Az" xəbər verir ki, Yanuş Korçak Avropa Akademiyasında keçirilən tədbirdə çıxış edən Azərbaycan rejissoru Rüfət Əsədov Azərbaycanın əsrlər boyu müxtəlif xalqların və dini icmaların sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı, multikultural dəyərlərin qorunub saxlanıldığı nadir ölkələrdən biri olduğunu deyib.
O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin torpaqların azadlığı və ərazi bütövlüyünün bərpası uğrunda çiyin-çiyinə mübarizə aparması ölkədəki milli həmrəyliyin və birgəyaşayış ənənələrinin bariz nümunəsidir.
Münhen yəhudi icmasının fəalı Emin Salimov qeyd edib ki, müharibə dövründə Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən dağ yəhudiləri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkənin haqlı mövqeyinin müdafiə olunması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim edilməsi istiqamətində fəal iş aparıblar: "Həmin dövrdə nümayiş etdirilən həmrəylik Azərbaycan xalqının birliyinin, milli mənsubiyyətindən asılı olmayaraq Vətənə bağlılığın və ortaq dövlətçilik dəyərlərinə sədaqətin bariz təzahürü olub".
Tədbir çərçivəsində azərbaycanlı rejissor Rüfət Əsədovun "Əsrlərdən gələn ənənələr" sənədli filminin təqdimatı olub.
Qeyd edək ki, film yəhudi əsilli azərbaycanlı rəssam Albert Rəfiyevin həyat və yaradıcılığına həsr olunub. Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Birliyinin, eləcə də Rusiya Rəssamlar İttifaqının üzvü olan Albert Rəfiyev S. Vaynşteyn mükafatının laureatıdır. Filmdə Albert Rəfiyevin yaradıcılığında Azərbaycan və yəhudi mədəniyyətlərinin vəhdəti, bu iki xalqın zəngin mədəni irsinin sənətkarın yaradıcılığında əks olunması mövzusu işıqlandırılır.
Azərbaycan və İsrailin birgə istehsalı olan filmin istehsalçısı "Sholumi", prodüseri isə Shaul Siman-Tovdur.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













