Dünyanın ən yaşlı olimpiya çempionu vəfat edib
Dünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Macarıstan hökuməti məlumat yayıb.
O, 104 yaşına bir həftə qalmış həyatını itirib. Baş nazir Viktor Orban sosial şəbəkələrdə onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medala sahib və ölkənin ən görkəmli idmançılarından biri olduğunu qeyd edib.
Yəhudi millətindən olan idmançının atası İkinci Dünya Müharibəsi dövründə faşist Almaniyası tərəfindən törədilən Holokostun qurbanı olub. Atası Polşanın Osvensim şəhərində həbs düşərgəsində həlak olub. Anası və bacısı xilas edilib, özü isə müharibə zamanı saxta sənədlərlə kəndlərin birində gizlənib.
1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra A.Keleti bir neçə idmançı ilə birlikdə Avstraliyada siyasi sığınacaq istəyib. Daha sonra İsrailə köçüb və orada uzun illər idman gimnastikası üzrə məşqçi işləyib. O, yalnız 2015-ci ildə vətəni Macarıstana qayıdıb.
Qeyd edək ki, A.Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Bundan əlavə, onun aktivində üç gümüş və iki bürünc medal var. İdmançı həmçinin 1954-cü ildə dünya çempionu adına da yiyələnib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













