

Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günü münasibətilə N saylı hərbi hissədə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən “Far.Az”a verilən məlumata görə, mərasim xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək, Natiq Qasımovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və igidliklərdən danışıblar. Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı N.Qasımovun keçdiyi döyüş yolundan və şücaətlərindən bəhs edən film nümayiş etdirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əzəli rəqiblərin ticarət MÜHARİBƏSİ: Coca-Cola Pepsi-ni geridə qoyur
-
Məşhur aktyor xəstəlikdən əziyyət çəkən oğlunu sığınacağa yerləşdirdi
-
78 yaşlı sənətçi 39 yaşlı sevgilisindən ayrılıb? - FOTO
-
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb
-
Naxçıvanda bacısını öldürən şəxs: "Namusumu küçələrə atmısan"
-
Bakıda daha bir YANĞIN: "Şamaxinka"da kitabxana yandı