Messi Bayden tərəfindən mükafatlandırılma mərasiminə qatılmaqdan imtina edib - YENİLƏNİB
"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi ABŞ Prezidenti Co Bayden tərəfindən Azadlıq medalı ilə təltifedilmə mərasiminə qatılmayıb.
"Report" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Messi işinin çoxluğu səbəbindən Ağ Evdə keçirilən rəsmi tədbirə gələ bilməyib.
Qeyd edək ki, Prezident Azadlıq medalı ABŞ prezidenti tərəfindən vətəndaşlara təqdim edilən ən yüksək mükafatdır.
Xatırladaq ki, ulduz hücumçu dekabrın 11-də Azərbaycana səfər edərək bir sıra tədbirlərdə iştirak edib.
Belə ki, o, komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birgə Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, Heydər Əliyev Mərkəzinə baş çəkərək Azərbaycanın zəngin mədəni irsi ilə tanış olub. Ulduz futbolçu Bakıda, həmçinin Qarabağ atları ilə tanış olub və fanatları ilə görüşüb. Sonuncu tədbirdən əldə edilən vəsait xeyriyyə fonduna bağışlanıb.
ABŞ Prezidenti Cozef Bayden ölkənin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messini "Azadlıq" medalı ilə təltif edəcək.
"Report" "ABC News"a istinadən xəbər verir ki, Ağ Evdə baş tutacaq təltifetmə mərasimində Messi ilə yanaşı, digər rəsmi şəxslər də mükafatlandırılacaqlar.
Qeyd edək ki, ABŞ Prezidentinin "Azadlıq" medalı dövlət başçısı tərəfindən vətəndaşlara təqdim edilən iki ən yüksək mükafatdan biridir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Əfsanəvi futbolçu Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə görüşüblər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Lionel Messi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Lionel Messi Bakıda Qarabağ atlarını izləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb














