Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək
Lerik rayonunda sosial məqsədli daha 6 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Layihə çərçivəsində rayonun müxtəlif ərazilərində ehtiyacı olan ailələrin mənzillə təmin edilməsi planlaşdırılır.
Far.Az-in əldə etdiyi məlumatına görə, layihəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdirliyi həyata keçirəcək.
Tikintinin ehtimal olunan dəyəri 636 822,04 manat müəyyənləşdirilib.
Qeyd edək ki, bu layihə yalnız tikinti işlərindən ibarət deyil. Sosial dəstəyə ehtiyacı olan ailələrin təhlükəsiz və yaşayış üçün yararlı evlərlə təmin edilməsi onların həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi və bölgələrdə yaşayış imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
Zəngilanda İşğal və Zəfər Muzeyi Kompleksi tikiləcək - 5,7 milyonluq LAYİHƏ
-
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq













