Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olub
Far.Az xəbər saytı

Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olub


Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən üzrə “Super Kubok”un final oyunu keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən “Far.Az”a verilən məlumata görə, tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir bağlanış mərasimi ilə davam edib.

Mərasimdə Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış ediblər.

“Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi “Sərhədçi” komandası ilə Çövkən üzrə “Prezident Kuboku”nun qalibi “Elit” komandası mübarizə aparmış, gərgin və dinamik oyunun sonunda isə “Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Super Kubok”un sahibi olub.

Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər