Azərbaycan şahmatçısı: "Dünya çempionatında ilk oyunlardan nəyinsə yolunda getmədiyi açıq-aşkar görünürdü"
Rapid mərhələsində pis təsir bağışladığımı deyə bilərəm. Elə ilk oyunlardan nəyinsə yolunda getmədiyi açıq-aşkar görünürdü.
Bunu "Report"a açıqlamasında Azərbaycan şahmatçısı Aydın Süleymanlı ABŞ-nin Nyu York şəhərində keçirilən rapid və blits üzrə dünya çempionatı barədə danışarkən deyib.
19 yaşlı qrossmeyster blitsdə nisbətən yaxşı çıxış etdiyini söyləyib:
"Əslində burada da ilk 2 oyundan xal toplamamışdım. Lakin sonradan bir az da olsa, özümü toparladım və növbəti görüşlərdə daha yaxşı təsir bağışlayıb 13 oyundan 8.5 xal əldə etdim. Beləliklə, azərbaycanlılar arasında ən yaxşı nəticə göstərən şahmatçı oldum".
A.Süleymanlı qarşıdakı hədəflərindən də söz açıb:
"Mənim üçün dünya çempionatının əsas mahiyyəti yanvarın 17-də başlayacaq "Tata Stell Chess Tournament"ə praktiki hazırlıq idi. Ümid edirəm ki, orada daha yaxşı mübarizə aparacağam".
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyiblər. Rapiddə isə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan Günay Məmmədzadə (23-cü yer) göstəriblər.
Niderlandın Veyk-an-Zee şəhərində keçiriləcək "Tata Stell Chess Tournament" yanvarın 17-dən fevralın 2-dək keçiriləcək.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Şuşada keçirilən Memorialın qalibi: "Vüqar Həşimov şahmata xüsusi töhfələr vermiş qrossmeyster olub"
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













