Şuşa Media Forumu beynəlxalq mediada rezonans yaratmaqda davam edir
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumun baş tutmasından bir aya yaxın vaxt keçsə də, beynəlxalq mediada rezonans doğurmaqda davam edir.
“Far.Az” xəbər verir ki, xarici media orqanları forumda səslənən fikirlərə geniş yer ayırır.
Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər, dünyanın müxtəlif ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına verdiyi ətraflı cavablar hələ də dünya mediasının diqqət mərkəzindədir.
Bu gün “The Jerusalem Post” qəzetində nəşr edilən məqalədə Prezident İlham Əliyevin Azərbaycanda müxtəlif dini etiqadların və etnik qrupların sülh içində birgə yaşamı ilə bağlı fikirlərinə yer ayırıb. Qeyd olunub ki, Azərbaycanda yaşayan bütün xalqlar arasındakı əlaqələr multikulturalizmin, qarşılıqlı hörmətin, bir-birinin ənənələrinə və dininə hörmətin bariz nümunəsidir.
Bundan başqa “Euronews” telekanalı da 2-ci Şuşa Qlobal Media Forumu ilə bağlı süjet yayımlayıb. Süjetdə İlham Əliyevin ABŞ-da keçiriləcək prezident seçkilərinə dair fikirləri, Cənubi Qafqaz regionunun inkişafı, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri oxuculara çatdırılıb.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib
-
Quzu əti niyə fərqli qiymətlərə satılır
-
UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib
-
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
-
İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi
-
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb













