Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş
Far.Az xəbər saytı

Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş


Ağcabədidə bir əsrdən çox yaşı olan keçmiş məktəb binasında yanğın baş verib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Minaxorlu kəndində, Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşən binada qeydə alınıb.

Yanğın baş verən binanın 100 ildən artıq yaşı var. Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub.

Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun fəaliyyətdə olan məktəb binasına keçməsinin qarşısı alınıb.

Hazırda FHN əməkdaşları aktiv yanma ocaqlarının aşkar edilərək söndürülməsi istiqamətində işləri davam etdirirlər.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər