Nyu-Yorkda xəstəliklərə yoluxma halları kəskin artıb
ABŞ-nin Nyu-York ştatında tətildən sonra işə və məktəblərə qayıdan vətəndaşlar arasında qış xəstəliklərinə yoluxma halları kəskin artıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, ştatda xəstəxanalara yerləşdirilən xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə 44 % artıb. Artımlar ölkənin bütün bölgələrində müşahidə olunub.
Mütəxəssislər xəstəxanalara müraciətlərin daha çox qrip və COVID-19-a yoluxmalar, qış aylarında baş qaldıran norovirus virusu olduğunu bildiriblər.
Nyu-Yorkun Dövlət Səhiyyə Departamenti vətəndaşlara çağırış edərək, viruslara qarşı qoruyucu tədbirlər görməyi, izdihamlı yerlərdə tibbi maska taxmağı məsləhət görüb.
Eyni zamanda Səhiyyə Departamenti əhalini Çində sürətlə yayılan insan metapnevmovirusuna (HMPV) yoluxmamaq üçün qabaqlayıcı tədbirlər görməyə çağırıb.
Səhiyyə rəsmiləri həmçinin insanları ağır xəstəliklərə tutulma və xəstəxanaya yerləşdirilməsi hallarını azaltmaq üçün peyvənd olunmağa çağırıblar. Nyu-Yorkun bu qışa qədər qrip və koronavirusa qarşı peyvəndin əvvəlki illərlə müqayisədə xeyli azaldığı qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
CAR İnstitutu: Metapnevmovirus insanlar üçün böyük təhlükə təşkil etmir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













