KİV: MDB vətəndaşları Rusiyada İranın “Şahed-136” PUA-larını yığmağa məcbur edilirlər
MDB ölkələrinin, o cümlədən Azərbaycanın vətəndaşları saxta yolla Tatarıstanda (Rusiya – Qeyd) İrana məxsus pilotsuz uçuş aparatlarının qeyri-qanuni istehsalı üzrə gizli zavodda işə cəlb olunurlar.
“Report”un məlumatına görə, bu barədə “Baku” telekanalının materialında deyilir.
Məlumata görə, internetdə Tatarıstan Respublikasında yüksək texnologiyalı istehsal üçün xüsusi iqtisadi zonanın ərazisində Rusiyadan deyil, MDB ölkələrindən olan vətəndaşların işlə təmin olunmasını nəzərdə tutan “Alabuga Start” proqramı haqqında reklamlar aktiv şəkildə yayılır.
“Parlaq, cəlbedici veb sayt, karyera yüksəlişi və maraqlı iş vəd edilir. Hər şey qaydasındadır, amma insanlar perspektivli qazanc ümidi ilə orada iş tapır, bu zonaya köçür və sonda elanda deyilənlərdən başqa bir işə cəlb olunurlar”.
Telekanal apardığı araşdırma nəticəsində müəyyən edib ki, əslində MDB ölkələrinin yaşı 22-dən aşağı olan gənc vətəndaşları saxta yolla İrana məxsus “Şahed-136” hücum PUA-larının istehsalına cəlb olunurlar.
Belə işlə məşğul olmaqdan boyun qaçıran insanlara təzyiqlər, şantajlar edilir, sənədləri əlindən alınır. “Əldə etdiyimiz məlumata görə, hazırda orada yuxarıda qeyd etdiyimiz kimi yaşı 22-dən az olan Azərbaycan vətəndaşları saxlanılır” , - “Baku TV” qeyd edib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













