Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib
8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda "Zəfər tarixi" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunan tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, xüsusi təyinatlı ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları yer alıblar. Konfransdan əvvəl qonaqlar Hərbi İnstitutun ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib və Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətindən danışan rektor gənc nəslin dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb.
Konfransda təqdim olunan məruzələrdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin tarixi Zəfərin qazanılmasındakı müstəsna rolu xüsusi qeyd olunub.
Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, müharibədən sonrakı dövrdə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər yalnız hərbi üstünlüyün deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













