Tahir Baxşıyev: "Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik"
Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik.
“Report” xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının XII turunda “Naxçıvan”la qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbəyə baxmayaraq, komandanın hələ tələblərin 60 faizini yerinə yetirdiyini vurğulayıb:
“Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıda bizi daha da yaxşı oyunlar gözləyir. “Naxçıvan” güclü komandadır. Turnir cədvəlində ikinci yerdədirlər. Amma bu qələbəyə çox ehtiyacımız var idi. Uşaqlar yalnız qələbə üçün oynadılar. İlk hissə çətin keçdi, hesab tez-tez dəyişirdi. Amma üçüncü periodda uşaqlar müdafiədə çox yaxşı oynadılar. Bizim üçün bu vacib idi və qələbəni qazana bildik. Oyun keyfiyyətindən razı qaldım. Amma deyə bilərəm ki, hələ komanda tələblərimin yalnız 60 %-ni yerinə yetirir. Hələ inkişaf edəcəyik. Hazırda bizim üçün hər oyun vacibdir. Çempionata çox pis başladıq. Yaxşı ki, hələ qarşıda çox oyun var”.
Baş məşqçi Azərbaycan Kubokunun qarşıdan gələn matçı ilə bağlı da danışıb:
“Qarşıda kubok oyunu var və burada legioner limiti fərqlidir. Heyətdə ən azı iki yerli oyunçu olmalıdır. Bu tərkibdə, demək olar ki, oynamamışıq. Murad Babayev bizə kömək edəcəkmi, bilmirəm. Amma gənc oyunçularımız var. Düşünürəm ki, “Lənkəran”a qarşı yaxşı oyun göstərə biləcəyik”.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən A qrupunun “Naxçıvan” - NTD görüşündə qonaqlar 95:70 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
"Bakı Marafonu 2026" başlayıb













