Ağdaşda mülki müdafiə məşqi keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Far.Az-nın Şirvan bürosu xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasından ibarət olub. Eyni zamanda məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Təşkil olunan məşqdə ümumilikdə 8 texnika və 160 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
Ağdaşda mülki müdafiə məşqi keçirilib
FHN Ağdaşda mülki müdafiə məşqi keçirib
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapılıb - VİDEO - YENİLƏNİB 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
-
Çimayev UFC-də uduzdu: Striklend dünya çempionu oldu
-
İran Hörmüzdən sui-istifadə etməyə başlayıb
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Ağdamda ağır yol qəzasında 4 nəfər ölüb













