Azərbaycan millisinin futzalçısı: "Etimadı doğrultmalı idik"
Çətin görüş oldu. Buraya niyə gəldiyimizi bilirdik. Federasiya rəhbərliyi Bakıda komanda ilə görüşəndə mərhələ keçməyin vacibliyini qeyd etdi. Əlbəttə, biz də bu etimadı doğrultmalı idik.
"Far.Az"un məlumatına görə, bunları 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvü Ədalət Ələkbərov deyib.
Oyunçu Kosovoya 4:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının ilkin mərhələsinin matçı ilə bağlı fikirlərini bölüşüb:
"San Marinoya matçdan bir gün əvvəl gəlmişik. Əlbəttə, bu qədər yol qət etmək, ardınca məşqə çıxmaq müəyyən qədər yorğunluq yaradır. Məşqçilər əllərindən gələni etdilər ki, oyuna yaxşı köklənək.
Birinci hissədə yorğunluğun bir qədər təsiri oldu. Ancaq fasilədə toparlana bildik. Həyəcanlı deyildik. Düzdür, bu cür oyunda ilk dəfə iştirak edirdik.
İkinci hissədə demək olar, rəqibə heç bir şans vermədik. Lazımlı, vacib qələbə qazandıq. İndi bunun davamını gətirməliyik. Hələ işin yarısını görmüşük. Daha vacib San Marino ilə qarşılaşmadır".
O, bu gün meydan sahiblərinə qarşı keçirəcəkləri oyuna da toxunub:
"Bizim üçün dəyişən rəqibin adıdır, amma matça yanaşma, intizam yerində olacaq. Qələbə qazanmışıq. Artıq bunu unutmalıyıq. Çünki ikinci oyun da önəmlidir. Məqsədə çatmaq üçün meydanı qalib tərk etməliyik. San Marino meydan sahibidir, azarkeşləri qarşısında oynayacaq. Biz də öz oyun üslubumuza sadiq qalacağıq, qələbə qazanmaq üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, bu gün baş tutacaq San Marino - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçib
-
"Bild": Almaniya NATO-nun şərq cinahında tank briqadası yerləşdirir
-
"Bakı Marafonu 2026" başlayıb













