Daha 3 maliyyə qurumu SİMA ilə tərəfdaş olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının məhsulları daha 3 maliyyə qurumu tərəfindən inteqrasiya edilib.
SİMA ilə xidmətlərini rəqəmsallaşdıran qurumlar “MFX-Tradining Investment Company” ASC, “Krapp” MMC və “AllAll Finance” MMC olub.
Kredit, anderraytinq, portfelin idarə olunması, investisiya tədqiqatı və məsləhət xidmətləri kimi sahələrdə fəaliyyət göstərən “MFX-Trading” şirkəti rəsmi veb-saytında “SİMA İmza” vasitəsilə maliyyə əməliyyatlarında imzalama prosesini rəqəmsallaşdırıb.
“AllAll Finance” platformasında da istifadəçilərə “SİMA İmza” həlli ilə veb-sayt üzərindən lombard krediti müqaviləsini imzalamaq imkanı təqdim edilir.
“Krapp” mobil tətbiqində isə “SİMA KYC” həlli ilə istifadəçilərin identifikasiyası etibarlı və qanuni şəkildə aparılır. Mobil tətbiq vasitəsilə istifadəçilərə maliyyə xidmətləri göstərilir.
Qeyd edək ki, SİMA platformasına daxil olan həllər sayəsində bir çox fiziki proseslər etibarlı şəkildə rəqəmsallaşdırılır. “SİMA İmza” istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Mobil tətbiqi yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Oxşar xəbərlər
Vətəndaşların DİQQƏTİNƏ: Lombardlarda rahatlıqla aldana bilərsiniz
Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













