Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasının tərəfdaş çevrəsi genişlənməkdə davam edir. SİMA vasitəsilə xidmətini rəqəmsallaşdıran növbəti qurumlar “Ferrum Capital”, “Aze Bilişim Finans”, “Home Finance” və “Data Support” MMC-lər olub.
“Ferrum Capital” “SİMA KYC” rəqəmsal həlli ilə müştərilərin avtorizasiya olunması xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformaya keçdikdən sonra limitlərinə nəzarət etmək, investisiya etmək, ödənişlər həyata keçirmək və ödəniş tarixçələrini izləmək kimi əməliyyatları icra edə bilərlər. “Aze Bilişim Finans”ın istifadəçiləri “SİMA KYC” rəqəmsal həlli ilə qeydiyyat, şəxsiyyətin təsdiqlənməsi, müqavilə imzalanması və məxaric əməliyyatlarını rəqəmsallaşdırıb.
“Home Finance" bank olmayan kredit təşkilatı kimi kredit müqavilələrinin imzalanması xidmətini “SİMA İmza” vasitəsilə onlayn formaya keçirib. “Data Support” isə daxili sənəd dövriyyəsini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.
SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.
Oxşar xəbərlər
Yeni internet qiyməti ilə razılaşmayan vətəndaşlar 130 manat cərimə olunurlar?
“SİMA İmza” ilə ƏMAS-da 150 mindən çox müqavilə imzalanıb
“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et!
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













