Sumqayıtda bıçaqlanma olub - YENİLƏNİB 1
DİN-in Mətbuat Xidmətindən Far.Az-ya bildirilib ki, avqustun 22-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1984-cü il təvəllüdlü X. Xiyalıyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Elşən Nağıyev saxlanılıb.
Hadisə tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində baş verib.
Faktla bağlı istintaq araşdırması aparılır.
***
20:41
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs ağır vəziyyətdə hospitalizasiya olunub.
Far.Az xəbər verir ki, döş qəfəsinin və bazunun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasiyent Reanimasiya şöbəsinə yerləşdirilib.
Zəruri bütün tibbi yardımlar göstərildikdən sonra o, M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.
***
19:00
Sumqayıtda 40 yaşlı kişi naməlum şəxs tərəfindən bıçaqlanıb.
Far.Az xəbər verir ki, hadisə 12-ci mikrorayonda keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Xiyalıyev Xəyal Əli oğlu münaqişə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.08.2024)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.08.2024)
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (22.08.2024)
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək













