Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı
Far.Az xəbər saytı

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı


Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb.

Far.Az xəbər verir ki, cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb.

Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaşı arasındakı yaş fərqi müzakirələrə səbəb olmuşdu.

Belə ki, Dilara Talay 24, Berdan Mardini isə 48 yaşındadır.

Məlumat üçün bildirək ki, ifaçı 2010-cu ildə Fatoş adlı qadınla ailə qurub.

2021-ci ildə onların yolları ayrılıb. Buna səbəb Fatoşun Berdana illər etdiyi xəyanətinin ifşa olunması olub.

Xatırladaq ki, Berdan Mardini "Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla məşhurlaşıb.

Oxşar xəbərlər

"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Berdan Mardini 5 ay əvvəl evləndiyi həyat yoldaşından boşanır
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
47 yaşlı Berdan Mardini 23 yaşlı sevgilisi ilə evləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər