Azərbaycan QDİƏT ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ni müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan QDİƏT ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”ni müzakirə edib


Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ilə ölkədə həyata keçirilən bərpa olunan enerji layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsini müzakirə edib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovla QDİƏT-in Baş katibi Lazar Komanesku arasında keçirilən görüşdə aparılıb. Layihənin Təşkilat çərçivəsində enerji tərəfdaşlığının gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

Görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə əməkdaşlıq gündəliyində enerji sahəsinə dair məsələlər, həmçinin ölkəmizin enerji təhlükəsizliyindəki rolu və qlobal enerji keçidi ilə bağlı müzakirələr aparılıb.

Baş katib Azərbaycanın təşkilatla əməkdaşlığının fəal və konstruktiv olduğunu qeyd edib və ölkəmizin təşkilatın sədri, Enerji İşçi Qrupunun koordinatoru kimi Qara dəniz regionunda çoxşaxəli əlaqələrin inkişafına da töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının keçirilməsi və enerji sahəsində perspektiv imkanlar da nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycanın QDİƏT-ə sədrliyi 2025-ci ilin 1 yanvarından 30 iyununa qədər olan dövrü əhatə edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər