Gələn həftə Gürcüstan parlamentinin yaz sessiyası açılacaq
Gürcüstan parlamentinin yaz sessiyası fevralın 4-də açılacaq və deputatlar bu ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərinə qədər bir sıra mühüm məsələləri nəzərdən keçirəcəklər.
“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, müxalifət qüvvələrinin öz bəyanatları əsasında mandatlardan məhrum edilməsi yaz sessiyasında müzakirə olunacaq məsələlərdən biri olacaq.
Həmçinin seçki komissiyalarının formalaşdırılması prinsipləri, müşahidəçilərin və jurnalistlərin seçkilərə buraxılması ilə bağlı Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsi planlaşdırılır.
Bundan başqa, 2003-2012-ci illərdə "Vahid Milli Hərəkat" partiyasının hakimiyyətdə olduğu dövrdə vəzifəli şəxslərin törətdikləri cinayətlərin araşdırılması üçün istintaq komissiyasının yaradılması məsələsinin müzakirə edilməsi nəzərdə tutulur. Komissiyanın altı aylıq fəaliyyətdən sonra hazırlayacağı hesabat parlament tərəfindən payız sessiyasında müzakirəyə çıxarılacaq və təsdiqlənəcək.
Qeyd olunur ki, hazırda parlamentdə deputat mandatı qazanmış altı siyasi qüvvədən yalnız ikisi fəaliyyət göstərir: hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası və onu dəstəkləyən "Xalqın gücü". Onlar 150 deputat mandatından cəmi 89-na malikdir. Qalan mandatlar parlament seçkilərinin nəticələrini tanımaqdan və parlamentdə işləməkdən imtina edən dörd siyasi qüvvə arasında bölüşdürülüb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Əraqçı: "İran uranın zənginləşdirilməsini dayandırıb"
-
Tramp jurnalistin sualına görə onu təhqir etdi
-
Avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR - Bu tarixdən...
-
Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU













