Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın davam edir
Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyüməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Far.Az "Report"a istinadən xəbər verir ki, Gədəbəy rayon İsalı, Dördlər və Mormor kəndlərinin Ermənistanla sərhədyanı ərazisində (neytral ərazi) dörd gündür davam edən yanğının kəndlərə, xüsusən də meşəlik sahələrə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları əraziyə cəlb etmək mümkün deyil.
Mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan mediasında yayılan xəbərlərə görə, bir neçə gündür ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində genişmiqyaslı yanğınlar müşahidə olunur.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













