Kirbi: HƏMAS-ın danışıqlara qoşulmasına ehtiyacımız var
Far.Az xəbər saytı

Kirbi: HƏMAS-ın danışıqlara qoşulmasına ehtiyacımız var


Con Kirbi Qəzza zolağı ilə bağlı Qahirədə başlayan atəşkəs danışıqlarına HƏMAS-ın da daxil edilməsinin vacibliyini vurğulayıb.

Far.Az xəbər verir ki, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıqların konstruktiv keçdiyini və müəyyən irəliləyişlərin əldə edildiyini bildirib.

Qeyd edək ki, danışıqlarda İsrail, ABŞ, Misir və Qətər rəsmiləri iştirak edir. ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi sazişi üzrə danışıqlar davam edir.

“Biz buradayıq. Onlar da Qahirədədirlər. HƏMAS-ın danışıqlara qoşulmasına və məsələlərdə dərinə enməyə ehtiyacımız var. Yaxın günlərdə və həftə sonu boyunca buna fokuslanacağıq”, - deyə Kirbi bildirib.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
Bayden Netanyahuya HƏMAS ilə təcili razılaşmanın vacibliyini bildirib
ABŞ-nin Qəzza ilə bağlı təklifləri Qətər və Misirə HƏMAS-ı sazişə razı salmağa kömək edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər