İtaliya çempionatı: "Milan" "İnter"lə heç-heçə edib
Far.Az xəbər saytı

İtaliya çempionatı: "Milan" "İnter"lə heç-heçə edib


İtaliyanın futbol üzrə çempionatının XXIII turu çərçivəsində “Milan” evdə “İnter”lə 1:1 hesablı heç-heçə edib.

"Report"un məlumatına görə, meydan sahiblərinin qolunu 45-ci dəqiqədə Teyani Reynders, qonaqların qolunu isə Stefan de Vrij (90+3) vurub.

“İnter” bu mövsüm üçüncü dəfə “Milan”ı məğlub edə bilməyib. "Milan" bundan əvvəl İtaliya çempionatının ilk turunda (2:1) və ölkə Superkubokunun yarımfinalında (3:2) rəqibinə qalib gəlib.

"İnter" İtaliya çempionatındakı məğlubiyyətsizlik seriyasını 17 matça çatdırıb. Komandanın sonuncu məğlubiyyəti sentyabrın 22-də “Milan”a olub. Bundan sonra "İnter" 13 dəfə qalib gəlib, 4 dəfə heç-heçə edib.

"İnter" İngiltərə çempionatının turnir cədvəlində 51 xalla ikincidir. Komanda lider "Napoli"dən 2 xal geri qalır. “Milan” 35 xalla 8-ci yerdədir.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər