"Kəpəz"in yeni transferi: "Mənə şans veriləcək günü səbirsizliklə gözləyirəm"
Mənə şans veriləcək günü səbirsizliklə gözləyirəm.
"Report"un məlumatına görə, bunu "Kəpəz"in yeni transferi Trent Buhagiar klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Maltalı futbolçu Azərbaycan Kubokunun 1/4 finalında bu gün baş tutacaq “Neftçi”yə qarşı matçda meydana çıxmağa hazır olduğunu bildirib:
"Yeni komandamda bir müddətdir məşqlərə qoşulmuşam. Meydana çıxmağa hazıram. Amma bu, baş məşqçiyə aid məsələdir. Mənə şans veriləcək günü səbirsizliklə gözləyirəm. Uğurlarda payımın olmasını istəyirəm. Qələbəyə həvəsli, istəkli komandamız var. Oyunçular meydanda can qoyurlar. “Səbail” və “Sabah”a qarşı oyunları tribunadan izləmişəm. Bakıdakı görüşdə bəxtimiz gətirmədi. Komanda qələbə qazanmağa çalışdı. Lakin alınmadı. Tovuzda isə daha döyüşkən ruhda oynadıq və layiq olduğumuz qələbəni qazandıq. Ümid edirəm ki, bundan sonrakı matçlarımız da eyni tərzdə keçəcək”.
Qış fasiləsində İtaliyanın "Breşiya" klubundan Gəncə təmsilçisinə transfer olunan 26 yaşlı hücumçu komandanın qarşısına qoyulan hədəfin reallaşması üçün çalışacağını söyləyib:
“Kollektivdə keyfiyyətli futbolçular çoxdur. Hamı bir məqsəd üçün mübarizə aparır. Məşqdə də, oyunda da görünən budur. İnanıram ki, vəzifənin öhdəsindən gələ biləcəyik. Mən də komandanın bir parçası olaraq bu tapşırıq üçün gücümü qoyacağam”.
Qeyd edək ki, Tovuz şəhər stadionunda baş tutacaq "Kəpəz" - "Neftçi" görüşünün start fiti saat 16:00-da səsləndiriləcək.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













