Qərbi Azərbaycan Xronikası: Paşinyan yeni müharibəyə sürüklənir
Far.Az xəbər saytı

Qərbi Azərbaycan Xronikası: Paşinyan yeni müharibəyə sürüklənir


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Far.Az” xəbər verir ki, “Paşinyan yeni müharibəyə sürüklənir” adlı süjetdə Ermənistanın sabiq prezidentlərinin vaxtaşırı öz cinayətlərini dilə gətirməsindən və erməni siyasi elitasının daşnak-faşist mahiyyətindən söz açılır.

Süjetdə İrəvanın mərkəzində “Qarabağ” mahnısının Güney azərbaycanlıları tərəfindən səsləndirilməsi ilə bağlı erməni isterikasına, eləcə də hərbi ekspert Hayk Nahapetyan, politoloqlar Arman Abovyan, Harutyun Mkrtçyan, Argişti Kiviryan, deputat Arsen Torosyan, təhlükəsizlik üzrə ekspert Hraçya Arzumanyanın Qərbi Azərbaycan və Zəngəzur məsələsi barədə müxtəlif səpkili fikirlərinə yer verilir.

Onların sözlərinə görə, azərbaycanlılar Qərbi Azərbaycan adlanan əraziyə qayıtsalar, ermənilər onların quluna çevriləcək: “Azərbaycan tərəfi bildirir ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycanın nümayəndələri ilə görüşməlidir. Biz artıq Rusiyaya arxalana bilmərik. 2020-ci ildən sonra həm hakimiyyət, həm də sadə vətəndaşlar özlərini Rusiya tərəfindən xəyanətə uğramış hiss edirlər. Bu gün Ermənistanda bəzi dairələr Nikol Paşinyanı yeni müharibəyə sürükləməyə çalışır. Onların əsas məqsədi baş naziri devirmək və hakimiyyəti ələ keçirməkdir”.

Sonda vurğulanır ki, dünyanın siyasi düzəni dəyişib və Azərbaycan güclü dövlət kimi regionda öz gündəliyinə uyğun düzən yaradır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Qərbi Azərbaycan Xronikası: Çar və daşnak hökumətinin “toponim əməliyyatı”
Paşinyan Qərbi Azərbaycanla “Qərbi Ermənistan” iddiasını niyə eyniləşdirir? - Xronika

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər