Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur
Far.Az xəbər saytı

Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur


İtaliya tikinti, aqrar-ərzaq, maşınqayırma, dəmir yolu sektorlarında yüksək keyfiyyətli məhsul və xidmətlər təklif edə bilər.

Far.Az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycan-İtaliya biznes-forumunda çıxışı zamanı deyib.

"Azərbaycanın investisiyaları, xüsusilə dəmir yolu sektoruna yatırımlarınız və yeni infrastrukturun yaradılması ilə bağlı planlarınız barədə məlumatlıyam. Biz yüksək texnologiyalar, keyfiyyət və böyük təcrübə təklif edə bilərik. İtaliyada sürətli dəmir yolu nəqliyyatı artıq təkcə ölkə vətəndaşları üçün deyil, həm də ölkəmizə gələn turistlər və iş adamları üçün rahat hərəkət imkanlarının təminatıdır. Sualtı kabellər sektorunda da yüksək keyfiyyətli məhsullar və fəaliyyət göstərməyə hazır böyük şirkətlərimiz var. Bununla yanaşı, müdafiə və enerji sektorlarında da Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Biz sizə elə yüksək keyfiyyətli məhsul və xidmətlər təklif edə bilərik ki, bu da müvafiq sektorlarınızın inkişafına və vətəndaşlarınızın rifahına töhfə verməklə yanaşı, ölkələrimiz arasında mövcud dostluq münasibətlərinə də xidmət edər", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər