Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb
Far.Az xəbər saytı

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb


Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyunlarında dörd qolun vurulması ilə mümkün olub.

“Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçında isə hesab açılmayıb.

2004/2005 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol vurulub.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” qarşılaşmaları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/2005 və 2024/2025 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk matçlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər