Ruandanın BMT-dəki nümayəndəsi: Konqo DR Ruandaya hücum etməyə hazırlaşır
Ruanda hakimiyyəti Konqo Demokratik Respublikasının onlara qarşı kütləvi hücuma hazırlaşdığını və hərbi resursları sərhəddəki Qoma şəhəri ərazisində cəmləşdirdiyinə dair sübutlara malikdir.
“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ruandanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Ceyms Nqanqo bildirib.
“Aydındır ki, bu şəraitdə Ruanda birbaşa təhlükə altında idi. Qomanın süqutu ilə Ruandaya genişmiqyaslı hücumun qaçılmaz olduğuna dair yeni dəlillər ortaya çıxdı”, – Nqanqo BMT-nin İnsan Haqları Şurasının fövqəladə iclasında deyib.
O qeyd edib ki, Konqo DR hökuməti və onun müttəfiq qüvvələri Qoma hava limanında və onun ətraflarında silah-sursat yığır.
“Biz Konqonun Ruandanı ölkələrinin şərqindəki qeyri-sabitliyə görə məsuliyyət daşıdığını göstərmək cəhdlərini qəti şəkildə rədd edirik”, – Nqanqo söyləyib.
Qeyd edək ki, Konqo DR rəsmiləri Ruandanın nəzarət etdiyi qruplardan Konqonun mineral sərvətlərini ələ keçirmək və onları istismar etmək üçün istifadə etdiyini iddia edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan torpaqlarının işğalı üçün həyata keçirilən strategiyalar Ruandada tətbiq edilənlərlə eynidir - SƏFİRLƏ MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













