"Şəki"nin baş məşqçisi: "İlk hissəyə pis başladıq"
Far.Az xəbər saytı

"Şəki"nin baş məşqçisi: "İlk hissəyə pis başladıq"


İlk hissəyə pis başladıq.

"Report"un məlumatına görə, bunu "Şəki"nin baş məşqçisi Bedri Meriç səfərdə "Gəncə"yə uduzduqları (77:91) Azərbaycan Basketbol Liqasının XIV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis qələbə münasibəti ilə rəqibi təbrik edib:

"Şəki" komandasına çox hücum ribaundu verdik. Bu həftə bir az uğursuz günlər yaşadıq. Şəki Olimpiya İdman Kompleksindəki tədbirlərə görə istədiyimiz məşqi edə bilmədik. Gəncəyə yalnız bir kontakt məşqi edərək gəldik. Oyunçumuz Karl Cons zəhərlənərək xəstələnmişdi. Amma meydanda qalib gələ bilərdik".

Baş məşqçi 3-cü periodda toparlandıqlarını söyləyib:

"Ancaq dediyim kimi, rəqib hücum ribaundlarından 25 xal qazandı. Bu, çox böyük rəqəmdir. Daha əvvəl də söylədiyim kimi, B qrupunda 1-2-3-cü yerlər dəyişəcək. Bundan sonra mümkün qədər çox matçda qalib gəlməyə çalışacağıq. Müntəzəm çempionatda 6 oyunumuz qalıb. Hamısında qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. 1-ci ola bilməsək də, 2-3-cü yerin sahibi kimi pley-offa çıxmaq üçün hər şeyi edəcəyik"

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər