Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsinin ikinci oyunları keçirilib
Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.
“Report” xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov yenidən qələbə qazanaraq ilk yarımfinalçı olub.
İlk partiyada heç-heçə edən Misrətdin İsgəndərov son ölkə çempionu Aydın Süleymanlıya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Vüqar Əsədli - Teymur Rəcəbov və Rauf Məmmədov - Əhməd Əhmədzadə görüşlərində iki partiyadan sonra bərabərlik qeydə alındığından qalib tay-brekdə məlum olacaq.
Qadınların yarışında bir yarımfinalçı rəsmiləşib. Avropa çempionu Ülviyyə Fətəliyeva hər iki görüşdə Zeynəb Məmmədyarovadan üstün olmaqla yarımfinala adlayıb. Gövhər Beydullayeva ilk partiyada uduzduğu Türkan Məmmədyarovadan məğlubiyyətin əvəzini çıxıb. Günay Məmmədzadə - Səbinə İbrahimova, Gülnar Məmmədova - Xanım Balacayeva görüşləri yenidən heç-heçə başa çatıb. Bu cütlərdə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.
Oxşar xəbərlər
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları bu gün keçiriləcək
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhriyar Məmmədyarov ilin son reytinqində 16-cı, Teymur Rəcəbov 33-cü pillədə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Zelenski: Ukraynalı pilotlar Fransanın "Rafale" təyyarələrində təlimlərə başlayacaqlar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Fransada anomal istilərin vurduğu ziyan 16 milyard avro qiymətləndirilir
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb













