Baş nazirin müavini: Azərbaycan-İran əməkdaşlığı yeni yaranan reallıqlar fonunda müsbət dinamika qazanıb
Far.Az xəbər saytı

Baş nazirin müavini: Azərbaycan-İran əməkdaşlığı yeni yaranan reallıqlar fonunda müsbət dinamika qazanıb


Azərbaycan-İran əməkdaşlığı yeni yaranan reallıqlar fonunda müsbət dinamika qazanıb, müxtəlif sahələrdə birgə həyata keçirilən layihələrin icrası yeni mərhələyə qədəm qoyub.

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, hər iki ölkənin prezidentləri Azərbaycan-İran münasibətlərinə böyük önəm verirlər və eyni mövqedən çıxış edirlər ki, əlaqələrin gələcək inkişafına dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir:

“Prezident İlham Əliyevin Azərbaycan-İran əlaqələrinə verdiyi əhəmiyyətin bariz nümunələrindən biri onun bu günədək İrana yeddi dəfə səfər etməsidir. Bu gün ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişaf dinamikası məmnunluq doğurur. Bununla yanaşı, bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, neft-qaz, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Ticarət-iqtisadi əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin həcmi 30 faizdən çox artıb”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər