Dərmanları saxlamaqla bağlı həkimdən XƏBƏRDARLIQ
Dərman preparatlarını qəbul anına qədər zavod istehsalı olan orijinal qablaşdırmada saxlamaq lazımdır.
Far.Az-in məlumtına görə, bu sözləri rusiyalı həkim-diyetoloq Yekaterina Quzman "gazeta.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, blisterdən (orijinal qabdan) çıxarılan tabletlər öz təsirini itirə bilər, həmçinin zərərli birləşmələrin əmələ gəlməsi və qəbul zamanı səhv dozada içilmə riski yarana bilər:
"Əczaçılıq sənayesi dərman vasitəsinin bütün istifadə müddəti ərzində sabitliyini təmin edən qablaşdırma hazırlığına böyük vəsait xərcləyir. Bu, sadəcə bir "qab" deyil, dərmanın aktiv maddəsini işıq, rütubət və havadan qoruyan mühəndislik sistemidir. Hər bir dərmanın təlimatında onun saxlanma şərtləri dəqiq göstərilir və bu şərtlər yalnız orijinal qablaşdırmadakı dərmana aiddir. Dərmanı ilkin qabından çıxarmaq istehsalçı təlimatının pozulması deməkdir. Yəni, istehsalçı yalnız sənaye qablaşdırmasında saxlanıldıqda dərmanın keyfiyyətinə və təsirinə zəmanət verir".
Həkim tabletləri xüsusi qutularda (tabletka qutularında), xüsusilə də açıq qabda saxlamağı tövsiyə etmir.
"Əksər tablet qutuları sadə plastikdən hazırlanır və nə işıqdan, nə havadan, nə də rütubətdən yetərli qoruma təmin etmir. Gündəlik açılıb-bağlanma zamanı dərmanlar xarici mühitin təsirinə məruz qalır. Bu isə çirklənmə, qarışıq qəbul və doz səhvi riskini artırır. Əgər belə qutudan istifadə zəruridirsə, onu yalnız qəbuldan əvvəl - məsələn, axşam ertəsi gün üçün və ya həftəlik hazırlamaq, quru və qaranlıq yerdə saxlamaq, həmçinin müntəzəm təmizləmək lazımdır",- deyə həkim əlavə edib.
Mütəxəssis sonda deyib ki, tabletləri açıq qabda, məsələn, boşqabda saxlamaq ən təhlükəli variantdır.
Oxşar xəbərlər
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günel Bəhramqızına yüksək vəzifə verildi
-
Balakən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
-
Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim olunub
-
Bakıda sənədsiz ev problemi: Minlərlə ailə illərdir əmlakına çıxarış almağı gözləyir
-
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin "qara qutu"su tapılıb
-
Elman Nəsirovun qızı: "Atam heç bir yardım etmədi"













