Şəkidə 85 yaşlı kişinin evində yanaraq ölməsinin TƏFƏRRÜATI MƏLUM OLDU
Şəkidə 85 yaşlı kişinin evində yanaraq həyatını itirməsinin bəzi detalları məlum olub.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə gecə saat iki radələrində rayonun Bideyiz kəndində baş verib .
Kənd sakini, 85 yaşlı Əli Saat oğlu Xasıyevin iki övladı olsa da, evində tək yaşayırmış. Onun bir oğlu Bakıda, digər oğlu isə elə həmin kənddə yaşayırmış. Amma Ə.Xasıyev özünə məxsus evdə tək qalırmış. O, həmçinin son vaxtlar yeriməkdə də çətinlik çəkirmiş.
Ə.Xasıyevin evinə qaz xətti çəkilsə də, o, odun peçindən istifadə edib. Hadisənin də məhz odun peçindən qaynaqlandığı bildirilir. Belə ki, gecə saatlarında odun peçindən baş verən yanğını Ə.Xasıyev söndürə bilməyib. Nəticədə ev tamamilə alışıb və o, yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
*** 08:44
Şəki rayonunda yanğın baş verib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Xasiyevə məxsus evdə qeydə alınıb.
Belə ki, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunublar.
Hadisə nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə.Xasiyevin yanmış meyiti aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir
TƏBİB Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbini açıqlayıb
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
Əfqan Baxışov: "Heydər Əliyev Aeroportunda "ağıllı hava limanı" qurmaq planlaşdırılır"
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Hikmət Hacıyev: "Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını bariz şəkildə görürük"
-
Hikmət Hacıyev: "Mərkəzi Asiya artıq 6 ölkə ilə təmsil olunur"
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.













